İspaniyalı hakim ilk Avropa Oyunlarına təyinat alıb

Çimərlik futbolu üzrə ispaniyalı hakim Eiriz Mata “Bakı-2015” ilk Avropa Oyunlarına təyinat alıb. Allsport.az xəbər verir ki, 36 yaşlı hakim dörd dünya çempionatında (“Rio-2007”, “Dubay-2009”, “İtaliya-2011” və “Taiti-2013”) hakimlik edib.

O, eyni zamanda, iki final oyununun referisi olub E.Mata bu barədə deyib: “Bütün qitələrdə keçirilmiş beynəlxalq yarışlarda hakimlik etmişəm. Lakin indiyədək Olimpiya Oyunlarında hakim olmamışam. Nəhayət, bu arzuma çatacağam”.

Xatırladaq ki, 1993-cü ildə fəaliyyətə başlayan ispaniyalı referi 2006-cı ildə beynəlxalq hakim statusu alıb.

Həmin kateqoriyadan