- Baxış sayı: 31
- 31 Mart 2026 19:37
- Baxış sayı: 735
- Mart 30, 2026
- 0

“Qarabağ”ın konfrans liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi olan “Aşdod”un yeni transferi Martin Raynov açıqlama verib. Allsport.az xəbər verir ki, bolqarıstanlı futbolçu Ağdam klubunu mübarizədən kənarlaşdırmaq istədiklərini bildirib:
“Əsas hədəfim təlim-məşq toplanışından səmərəli istifadə edib yaxşı hazırlaşmaqdır. Çünki bizi qarşıda “Qarabağ”la 2 vacib oyun gözləyir. Qarşıdakı əsas vəzifə “Qarabağ”ı keçib, növbəti mərhələyə adlamaqdır. Bu yolda komandama kömək etmək istəyirəm”.
“Qarabağ” və “Aşdod” (İsrail) arasında ilk oyun iyulun 22-də Bakıda keçiriləcək.