“İstədiklərimiz meydanda alınmadı”

“Kəpəz”in baş məşqçisi Azər Bağırov premyer liqanın X turunda səfərdə “Neftçi”yə 1:5 hesablı məğlubiyyəti şərh edib.

Allsport.az xəbər verir ki, o, bunu deyib:

“Oyuna itkilərlə çıxmışdıq. Bilirdik ki, ağır olacaq. Ehtiyat qüvvəmiz bu gün üçün çox kasad idi. Əsasən fikirləşirdik ki, birinci hissədə nələrisə öz xeyrimizə dəyişək. Təəssüflər olsun ki, istədiklərimiz meydanda alınmadı və məğlub olduq”.

Həmin kateqoriyadan