“İstədiyimiz nəticəni qazandıq”

Azərbaycan premyer liqasının XXIX turunun “Sabah” – “Kəpəz” oyunundan (0:q) sonra qonaq komandanın baş məşqçisi Azər Bağırovun mətbuat konfransı keçirilib.

Allsport.az xəbər verir ki, 41 yaşlı mütəxəssis matç barədə fikrini açıqlayıb:

“Aprel ayının ilk günlərini yaşadığımız üçün bütün şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərə cansağlığı arzulayıram. Bu gün vaxtilə komandamızın kapitanı olmuş Şəhriyar Rəhimovun doğum günüdür. Onu da yad edirik. Yəqin ki, ruhu şaddır. Azarkeşlərimizə dəstəyə görə minnətdarıq. Bizi lazımi səviyyədə dəstəklədilər. Maraqlı oyun alındı. Qolumuzu vurub müdafiəyə çəkildik, əks-hücumda oynamağa çalışdıq. İstədiyimiz nəticəni qazandıq. Belə rəqiblərlə oyunda komanda xal itirməkdən qorxmur, rahat oynayır. Ona görə də bu cür matçlarda oyunumuz və nəticə daha yaxşı alınır”.

Həmin kateqoriyadan

azenrutr