- Baxış sayı: 33
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 50
- Dekabr 05, 2025
- 0

“Real Madrid”in baş məşqçisi Xabi Alonso postundan gedəcəyi barədə yayılan şayiələrə münasibət bildirib.
Allsport.az xəbər verir ki, o, bunun yalan olduğunu bildirib: “Klub rəhbərliyi tərəfindən mənə ictimai dəstək bəyanatlarının lazım olduğunu düşünmürəm. Mən hər gün rəhbərliklə təmasdayam və bu, tamamilə kifayətdir.”
İspan mütəxəssis istefa şayiələrinin onu narahat etmədiyini vurğulayıb: “İstefa ilə bağlı şayiələr mənə aid deyil. Məni yalnız məşqlərdə və matçlarda baş verənlər narahat edir. Qalanı mənim üçün maraqlı deyil. Hazırda komandada heç kim mövcud vəziyyətdən razı deyil, lakin əminəm ki, biz irəliləyiş əldə edəcəyik.”