İsveç klubu “Qarabağ”ı uyğun rəqib hesab edir

Bu gün Monakoda Avropa liqasının qrupunun püşkatması olub. Allsport.az saytı xəbər verir ki, avrokubokda yeganə təmsilçimiz “Qarabağ” klubu “H” qrupunda “Bayer” (Almaniya), “Mölde” (Norveç) və “Hakken” (İsveç) ilə mübarizə aparacaq.

Artıq rəqiblər bir-birini dəyərləndirməyə başlayıblar. İsveçin SVT dövlət televiziya kanalı “Hekken”in imkanını dəyərləndirib. Skandinaviyalıların çalışdırıcısı Per-Matias Hoqmo arzulaya biləcəkləri ən uyğun qrupa düşdüklərini söyləyib:

“Əlbəttə, “Liverpul”la qarşılaşmağımızı istəyənlər üzgündürlər, ancaq qruplardan çıxa bilsək onlarla qarşılaşa bilərik”.

Xəbərdə Azərbaycan klubunun avrokubokların daimi iştirakçısı kimi təqdim edilir. Musa Qurbanlının komandası “Yurgorden”in konfrans liqasında Norveçin “Molde” klubunu hər 2 qarşılaşmasında (3:2) yendiyi qeyd edilib.

Əlavə edək ki, “arılar” bu mövsüm avrokubokda ölkəsini təmsil edən yeganə klubdur.

Mansur DADAŞOV, İsveç

Həmin kateqoriyadan