- Baxış sayı: 40
- 05 Fevral 2026 19:47
- Baxış sayı: 211
- Fevral 04, 2026
- 0

“Hakken”in baş məşqçisi Per-Matias Höqme, Avropa liqasında “Qarabağ”a qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında açıqlama verib. Allsport.az xəbər verir ki, norveçli mütəxəssis rəqibin gücünə rəğmən, sonda ona meydan oxuyub:
“Avropa liqasında evdə ilk oyunumuza çıxacayıq. Rəqib “Molde”ni çox yaxşı oyunla məğlub edən “Qarabağ”dır. Hansı rəqiblərlə qarşılaşacağımızı yaxşı başa düşürük.
“Qarabağ” bir neçə ildir avrokuboklarda uğurla çıxış edir. Çox maraqlı matç olacaq. Zədəli futbolçularımızın əksəriyyəti artıq komandaya qayıdıb. Güclüyük və özümüzə inanırıq”.