İsveç nəşri “Qarabağ” gücünü qəbul etdi, 2-ci Qarabağ savaşında üzdəniraqlara tərəf oldu

Sabah “Qarabağ” Avropa liqasının “H” qrupunun 2-ci turunda İsveçdə “Hakken” klubu ilə qarşılaşacaq. Allsport.az saytı xəbər verir ki, Göteborqda bu oyuna maraq böyükdür. Yerli nəşqlər vaxaşırı öz klublarından və rəqib barəsində yazılar dərc edirlər. Oktyabrın 4-ündə “Göteborgs-Posten” qəzetində çıxan məqalə seçilir. “Köhlən atlar”ın gücünü etiraf edən qarşı tərəf, Qarabağ savaşında üzdəniraqlara yana olublar. Sitat:

Kabus şəhərdən gəlir
“Qarabağ” FK əslən Ağdam şəhərindəndir. Lakin Ağdamı xəyal şəhərə çevirən Dağlıq Qarabağ münaqişəsi səbəbindən, klub 1993-cü ildən ev oyunlarını Azərbaycanın paytaxtı Bakıda keçirir.

Çempionlar liqasında uğur
“Qarabağ” həm son çempiondur, həm də Azərbaycanda futbolunda ən çox qalib olduğu böyük dominantdır. 2017-2018 mövsümündə “Qarabağ” bu ölkədən çempionlar liqasının qrup mərhələsinə vəsiqə qazanan ilk klub olub.

Son çempion olan “Qarabağ” növbəti dəfə çempionlar liqasının qrup mərhələsinə vəsiqə qazanmaq fürsəti qazansa da, bu mövsüm Polşanın “Rakuv” klubuna yenilib. “Qarabağ” mübarizəni Avropa liqasının ələməsində davam etdirərək, qrupa düşmək imkanı əldə edib. Onlar Bakıda “ev”də “Molde”yə 1:0 hesabı ilə qalib gəliblər.

Veteran
Maksim Medvedev 2006-cı ildən “Qarabağ”da çıxış edir. 33 yaşlı veteran Azərbaycanın bütün dövrlərin ən yaxşı futbolçularından biri hesab olunur və avrokubokda 81 oyun keçirib ki, bu da ölkə tarixində 2-ci ən yaxşı nəticədir.

Münaqişə də bundan ibarətdir
Dağlıq Qarabağ, Azərbaycan və Ermənistan arasında on illərdir davam edən ərazi münaqişəsinin mərkəzində olub. Bu zaman 2 müharibə baş verib. Ərazi Azərbaycanın formal sərhədləri daxilindədir, lakin Sovet İttifaqının dağılmasından sonra etnik ermənilər üçün faktiki olaraq özünü idarə edən sığınacaq olub.

2020-ci ilin avqust və sentyabr aylarında 6 həftə ərzində minlərlə döyüşçü öldürüldü. Rusiya daha sonra atəşkəs razılaşmasına vasitəçilik edib və bu razılaşmaya görə Ermənistan onilliklər ərzində nəzarət etdiyi ərazilərin bir hissəsini verib, Rusiya isə Ermənistan və Dağlıq Qarabağ arasında sərbəst keçidi təmin etmək üçün 5000 km enində olan Laçın dəhlizinə qondarma sülhməramlı qüvvələr yerləşdirib.

İyunun sonunda uzun müddətdir mübahisəli olan bölgədə ölümcül döyüşlər başlayıb. Tərəflər mütəmadi olaraq bir-birini regionda hökm sürməli olan atəşkəsi pozmaqda ittiham edirlər.
Bakı və İrəvan Aİ və ABŞ-ın köməyi ilə sülh sazişi üzrə danışıqlar aparmağa çalışıb. Qafqazda diplomatik müdaxiləsi olan Rusiya buna qıcıqlanıb.

Sentyabrda Azərbaycan Dağlıq Qarabağda hücumuna başladığı vaxtdan, 100 mindən çox insan Ermənistana qaçıb. Lund universitetinin dosenti və dini tədqiqatçısı Svante Lundqren keçən həftə TT-yə izahat verib: “Dağlıq Qarabağda hər kəsin müharibələrdə həlak olmuş bir və ya bir neçə ailə üzvü var. Onlar Azərbaycanın hakimiyyəti altında qalıb yaşamaq istəmirlər, canları üçün qaçırlar”.

İsveçin Erebru şəhərində yaşayan həmyerlimiz, saytımızın əməkdaşı Mansur Dadaşov bildirib ki, adı çəkilən professor ermənipərəst mövqeyi ilə seçilir və ümumiyyətlə həmin universitetdə PKK terror təşkilatına dəstək verən ekspertlər cəmlənib.

Həmin kateqoriyadan