İtaliya klubunda təyinat

“Torino” baş məşqçi postunda dəyişiklik edib.

Allsport.az xəbər verir ki, Turin təmsilçisi Marko Baronini istefaya göndərərək, bu vəzifəyə Roberto Daversanı təyin edib.

“A” seriyasının 26-cı turunda “Cenoa”ya alınan ağır məğlubiyyət (0:3) rəhbərliyin səbrini daşırıb. Hazırda turnir cədvəlində 15-ci pillədə qərarlaşan “buğalar”ın yeni baş məşqçisi ilə müqaviləsi cari mövsümün sonuna qədər nəzərdə tutulub.

50 yaşlı mütəxəssis Roberto Daversa buna qədər “Parma”, “Leççe”, “Sampdoriya” və “Empoli” kimi klublarda çalışıb.

Həmin kateqoriyadan