İtaliya matçı öncəsi gərginlik: Məşqi çəkən hərbçi saxlanıldı

Bosniya və Herseqovina millisinin DÇ-2026-nın pley-off matçı öncəsi keçirdiyi məşqdə maraqlı hadisə baş verib.

Allsport.az xəbər verir ki, EUFOR-un italyan əsgəri komandanın hazırlığını gizlicə videoya çəkdiyi üçün saxlanılıb. Bosniya futbol assosiasiyası hadisə ilə bağlı EUFOR missiyasına şikayət edib.

İtaliya və Bosniya yığmaları arasında dünya çempionatına vəsiqə verən həlledici oyun martın 31-də keçiriləcək.

Həmin kateqoriyadan