- Baxış sayı: 44
- 06 Mart 2026 22:52
- Baxış sayı: 248
- Mart 05, 2026
- 0

“A” seriyasının rəsmi saytı “Napoli”nin yarımmüdafiəçisi Frank Angissanın oktyabrın ən yaxşı oyunçusu adına layiq görüldüyünü açıqlayıb.
Allsport.az xəbər verir ki, kamerunlu futbolçu ötən ay İtaliya çempionatında keçirdiyi 4 oyunda 2 qol vuraraq komandasının uğurlarında mühüm rol oynayıb.
O, mükafat uğrunda gedən mübarizədə “Kremoneze”dən Federiko Bonatsoli, “İnter”dən Hakan Çalhanoğlu, “Bolonya”dan Nikolo Kambyagi, “Kalyari”dən Eliya Kaprile və “Milan”dan Rafael Leao kimi futbolçuları geridə qoyub.