- Baxış sayı: 1768
- 09 İyun 2017 11:22
- Baxış sayı: 56
- Aprel 11, 2025
- 0
İtaliyanı “Bakı-2015” ilk Avropa Oyunlarında basketbol üzrə 3×3 yarışlarında təmsil edəcək idmançıların adı məlum olub. İtaliya Basketbol Federasiyasının məlumatına görə, Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarında bu ölkəni basketbol üzrə 3×3 yarışlarında İannilli Andrea, Neqri Klaudio, Verri Damiano və Zampolli Cionata təmsil edəcək.
Allsport.az xəbər verir ki, “Bakı-2015” Avropa Oyunlarında basketbol üzrə 3×3 kişilər arasında yarışlarda İtaliya ilə yanaşı, Azərbaycan, Rumıniya, Sloveniya, Litva, Yunanıstan, Serbiya, Belçika, İspaniya, Estoniya, İsrail, Rusiya, Türkiyə, Çexiya, İsveçrə və Andorra milliləri mübarizə aparacaqlar.