“İtirməyə çox şeyimiz yoxdur”

Azərbaycan premyer liqasının XVIII turunun “Kəpəz” – “Sumqayıt” oyunundan (0:0) sonra Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırovun mətbuat konfransı keçirilib. 

Allsport.az xəbər verir ki, o, matç haqda bunu deyib

: “Futbolda yazılan və yazılmayan qaydalar var. “Neftçi” ilə yaxşı oynayıb kobud səhvlərdən uduzduq. Bu oyunda da hər iki hissədə komandamız meydanda olduğunu hiss etdirdi. Qol epizodlarımız oldu. Çox təəssüflər olsun ki, belə bir görüşdə qalib gələ bilmədik. İrəliyə baxmaq lazımdır. Qarşıda çox çətin iki dövrə var. İtirməyə çox şeyimiz yoxdur. Yalnız nəticələr qazanmaq lazımdır. Seleksiya işləri aparacağıq. Növbəti oyunlara daha yaxşı hazırlaşacağıq”.

Həmin kateqoriyadan