- Baxış sayı: 35
- 31 Mart 2026 21:42
- Baxış sayı: 776
- Mart 30, 2026
- 0

“Sabah”ın baş məşqçisi Ramin Quliyev premyer liqanın 25-ci turunda “Sumqayıt”a qalib gəldikləri oyundan (2:0) sonra mətbuat konfransında iştirak edib. Allsport.az xəbər verir ki, o, öncə qələbəni şərh edib:
“Oyuna yaxşı hazırlaşmışdıq. Rəqibi hərtərəfli təhlil etmişdik, zəif və güclü cəhətlərini bilirdik. Düzdü, heyətdə 7-8 itkimiz var idi. Lakin həmişə dediyim kimi, bizdə əsas heyətdə yer ala biləcək kifayət qədər yaxşı oyunçular var. Bu gün komandamız itkilərə rəğmən meydandan 3 xalla ayrılmağı bacardı”.