- Baxış sayı: 39
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Çex Respublikasının “Slovan” (Liberec) klubunun baş məşqçisi İvan Vukomanoviç Avropa Liqasının “J” qrupunda rəqiblərinə münasibət bildirib. Allsport.az saytı xəbər verir ki, o, açıqlamasında “Qarabağ”dan da söz açıb:
“Fiorentina” və PAOK-la düşməyimizdən razıyıq. Bu klublar oynamaq istədiyimiz rəqiblərdəndir. Bu rəqiblərlə səfər oyunlarına yollanmaq da maraqlı olacaq. Təəssüf ki, “Qarabağ” ümumi görüntünü bir az korladı.
Biz həm belə uzaq səfərə çıxmağı, həm də “Viktoriya”ya çox böyük çətinlik yaratmış bir rəqiblə qarşılaşmağı istəmirdik. Çünki 4-cü səbətdən gələn komandalar populyar olmur və ağır rəqib hesab olunur”.