- Baxış sayı: 49
- 19 Dekabr 2025 23:03

- Baxış sayı: 210
- Dekabr 19, 2025
- 0


Martın 19-da Azərbaycan cüdo federasiyasının təşkilatçılığı ilə cüdo üzrə milli komandaların təlim-məşq mərkəzində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib.
Allsport.az xəbər verir ki, imtahanda 190 cüdoçu müvafiq yaş uyğunluğuna əsasən müxtəlif kəmər dərəcələri üzrə imtahan verib. Yoxlanışı uğurla keçən idmançılara müvafiq kəmər və sertifikat təqdim edilib.
Rəsmi kəmər sınağının keçirilməsi idmançıların cüdo texnikalarını hərtərəfli öyrənməsi, həmçinin onların motivasiyası üçün mühüm əhəmiyyət kəsb edir.
Kəmər imtahanı peşəkarlıq səviyyənin qiymətləndirilməsi və rəsmi olaraq tanınması, həmçinin gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün zəruridir.