- Baxış sayı: 59
- 08 Aprel 2025 23:11
- Baxış sayı: 96
- Aprel 20, 2025
- 0
Şpaqa üzrə kişilərdən ibarət yığma komandamızın üzvü Kənan Əliyev Ukraynanın Xarkov şəhərində keçirilən L.V. Averbaxın xatirəsinə həsr olunmuş 12-ci beynəlxalq turnirdə iştirak edib.
Allsport.az xəbər verir ki, qrup mərhələsində keçirdiyi 6 görüşdən 4-də qalib gələn Kənan pley-offa yüksəlib. 1/16 finalda Ukrayna təmsilçisi Vladimir Stankeviçlə görüşdə 15:13 hesablı qələbə qazanan Kənan, 1/8-də honkonqlu Fonq Hoi Sunu 15:10 hesabı ilə məğlub edib.
Şpaqaçımız 1/4 finalda Minobe Kazuyasuya 14:15 hesabı ilə uduzub. Turnirdə 11 ölkədən ümumilikdə 114 idmançı iştirak edib.