“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi Füzulidə

“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi çərçivəsində növbəti tədbir Füzuli rayonunun Qazaxlar kəndində olub. Allsport.az saytı xəbər verir ki, qonşu Əhmədalılar və Mirzənağılı kəndlərindən ümumilikdə 50 məktəbli uşağa futbola marağı artırmaq məqsədilə idman geyimləri və futbol topları verilib.

Toplantıda AFFA-nın vitse-prezidenti Rauf Əliyev, Füzuli rayon icra hakimiyyətinin başçısı Alı Alıyev, deputatlar Vüqar BayramovSabir Hacıyev iştirak ediblər.

Qeyd edək ki, “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi prezident İlham Əliyevin 2019-cu il dekabrın 25-də milli olimpiya komitəsində idmançılarla görüşü zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyələrin yerinə yetirilməsi istiqamətində həyata keçirilir.

AFFA-nın təşəbbüsü ilə 2020-ci il ərzində karantin rejiminin tələblərinə əməl olunmaqla respublikamızın müxtəlif bölgələrində yerli icra hakimiyyəti orqanları ilə birlikdə layihə çərçivəsində tədbirlər təşkil edilib.

Həmin kateqoriyadan