- Baxış sayı: 62
- 04 Dekabr 2025 21:18
- Baxış sayı: 155
- Dekabr 05, 2025
- 0
Avropa Liqasının ilk ələməsində Moldova “Daçiya”sı ilə səfər oyununa çıxan “Kəpəz” (1:0, ilk oyun 0:0) artıq Vətənə qayıdıb. Allsport.az saytı xəbər verir ki, komandanın baş məşqçisi Şahin Diniyev futbolçularına bir günlük istirahət verib.
Sabahdan etibarən isə komanda üzvləri yenidən bir araya gəlib, növbəti oyunun hazırlığına start verəcəklər. “Sarı-göylər” 2-ci təsnifat mərhələsində Avstriya “Admira”sı ilə qarşılaşacaq. İlk oyun iyulun 14-də səfərdə olacaq.