- Baxış sayı: 27
- 21 Yanvar 2026 10:54
- Baxış sayı: 56
- Yanvar 20, 2026
- 0

Azərbaycan premyer liqasının IV turu “Kəpəz” üçün əlamətdar olub.
Allsport.az xəbər verir ki, Gəncə klubu müstəqillik illərində 1000-ci rəsmi oyununu keçirib.
Qərb təmsilçisi bu yubileydə “Araz-Naxçıvan”a 0:2 hesabı ilə uduzub.
“Kəpəz” Azərbaycanmiqyaslı yarışların keçirilməyə başladığı 1992-ci ildən indiyədək premyer liqada (əvvəlki güclülər dəstəsi) 686, I liqada (əvvəllər birinci divizion) 177, ölkə kubokunda 110, avrokuboklarda 14, Birlik kubokunda 13 qarşılaşmaya çıxıb.
“Kəpəz” bu görüşlərdə 415 qələbə qazanıb. 209 heç-heçəsi olan komanda 376 dəfə uduzub.
Yalnız 2006-09-cı illərdə üç mövsümlük fəaliyyətini dayandıran “Kəpəz” müstəqillik illərindəki oyun sayında ancaq “Qarabağ” və “Neftçi”dən geri qalır.
“Kəpəz” müstəqillik illərində ilk oyununu 1992-ci il mayın 3-də “Turan”a qarşı keçirib. Gəncə təmsilçisi ilk ölkə çempionatının açılış günündə 2:1 hesablı qələbə qazanıb.