- Baxış sayı: 45
- 06 Mart 2026 22:52
- Baxış sayı: 253
- Mart 05, 2026
- 0

“Kəpəz” Azərbaycan premyer liqasının IX turunda “İmişli” ilə ev görüşündə 0:3 hesabı ilə uduzub.
Allsport.az xəbər verir ki, bu, Gəncə klubunun premyer liqada öz meydanında aldığı 20-ci böyükhesablı yenilgidir.
Qərb təmsilçisi evdə 20 və daha çox görüşdə ən azı 3 top fərqi ilə uduzan 3-cü komandadır. Yalnız MOİK və “Sumqayıt” daha çox ağır məğlubiyyətə üzülüb.
“Kəpəz”in evdəki ilk böyükhesablı məğlubiyyəti 2001-ci il martın 12-də “Şəmkir”lə qarşılaşmaya təsadüf edib – 0:3.