- Baxış sayı: 28
- 24 Noyabr 2024 22:41
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
“Kəpəz” iyul ayının 1-dən 10-na kimi Bakıda təlim-məşq toplanışı keçirəcək. Allsport.az xəbər verir ki, Buzovna qəsəbəsində yerləşən “Retro” otelində məskunlaşacaq Gəncə təmsilçisi gündə iki dəfə hazırlığa çıxacaq.
“Sarı-göylər”in məşq prosesində iştirak edəcək futbolçular məlumdur. Baş məşqçi Şahin Diniyev hazırlığa 16 futbolçu cəlb edib: Eyyub Əliyev (“İnter”), Tural Axundov (“Simurq”), Elvin Cəbrayıllı (“Ağsu”), Xəzər Qəribov (“Şuşa”), Şəhriyar Əliyev, Tərlan Quliyev (hər ikisi “Qarabağ”), Murad Ağakişiyev (“Neftçala”), Tural Nərimanov, Ceyhun Cavadov (hər ikisi “Rəvan”), Azad Kərimov (“Bakı”), Kərim Diniyev, Şəhriyar Rəhimov (hər ikisi AZAL), Bəxtiyar Soltanov (“Qəbələ”), Ziyabil Məmmədov, Məhərrəm Hüseynov, Tural Rzayev. Son 3 futbolçu Gəncədə keçirilən seleksiya xarakterli toplanışdan sonra komandaya dəvət olunub.
“Dalğa Arena”dakı məşqlərdə komandanın əsasən fiziki hazırlığına diqqət veriləcək.
Qeyd edək ki, ölkə paytaxtında “Kəpəz” 3 yoxlama oyununda qüvvəsini sınayacaq. Komandanın ilk rəqibi “Sumqayıt” olacaq. Bu klubla görüş iyulun 4-nə planlaşdırlıb. Matç saat 18:00-da başlayacaq. Ayın 7-də “Kəpəz” AZAL-la oynayacaq. Bu oyunun da başlama saatı eynidir. Komanda son yoxlama görüşünü iyulun 10-da keçirəcək. “Sarı-göylər”in rəqibi 19 yaşlı futbolçulardan ibarət Azərbaycan yığması olacaq. Qarşılaşmanın start fiti saat 11:00-da veriləcək.
Hər üç oyun “Dalğa Arena”da keçiriləcək.