“Kəpəz” cavab görüşünün hazırlığını davam etdirir

“Kəpəz” Avropa Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi – Avstriya “Admira”sı ilə cavab oyunu üçün hazırlığı davam etdirir. Allsport.az saytı xəbər verir ki, iyulun 15-də bərpaedici məşqdən sonra “sarı-göylər” sonrakı günlərdə meydanda çalışmağa başlayıblar.

Komanda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda məşq edib. Ötən günə təyin edilən məşq isə Baş Dövlət Yol Polisi İdarəsinin futbol meydançasında baş tutub. Bugünkü hazırlıq isə “Qarabağ”ın Suraxanıda yerləşən məşq bazasında olacaq.

“Kəpəz” oyun öncəsi son məşqini matça ev sahibliyi edəcək “Dalğa Arena”da keçirəcək. İyulun 19-da saat 17:30-da “sarı-göylər”in jurnalistlər üçün mətbuat konfransı, 18:00-da isə açıq məşqi olacaq.

“Kəpəz” – “Admira” oyununun start fiti iyulun 20-də, saat 20:00-da veriləcək. Tərəflər arasındakı ilk oyunda Gəncə təmsilçisi 0:1 hesablı məğlubiyyətlə üzləşib.

Həmin kateqoriyadan