- Baxış sayı: 41
- 22 Noyabr 2024 20:40
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Bu gün “Kəpəz” Bakıdakı təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirib. Allsport.az xəbər verir ki, Gəncə klubu “Dalğa Arena”da AzAL-la qarşılaşıb.
Görüşə erkən qollarla başlayan “sarı-göylər” 10-cu və 14-cü dəqiqələrdə rəqibi oyuna meydanın mərkəzindən başlamağa məcbur edib. Əvvəlcə gənc futbolçu Tural Rzayev dəqiq zərbə ilə hesabı açıb. Bir qədər sonra Şəhriyar Rəhimov topu “təyyarəçilər”in qapısına göndərməklə hesabı artırıb.
İkinci hissədə AzAL buraxılan qollardan yalnız birinin əvəzini çıxıb. 11 metrlik cərimə zərbəsindən Tagim Novruzov fərqlənib – 2:1.
Xatırladaq ki, bu, gəncəlilərin Bakı toplanışında ikinci qələbəsi olub. “Kəpəz” ilk yoxlama oyununda “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub etmişdi.