- Baxış sayı: 60
- 03 Fevral 2026 19:20
- Baxış sayı: 215
- Fevral 04, 2026
- 0
Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində qarşılaşacağı Moldova “Daçiya”sı ilə oyunun hazırlığını Bakıda davam etdirən “Kəpəz” yoxlama oyunu keçirib. Allsport.az xəbər verir ki, “sarı-göylər”in rəqibi aşağı divizion təmsilçisi “Bakı” olub.
Oyun Gəncə klubunun böyükhesablı qələbəsi ilə nəticələnib – 6:0. “Kəpəz”dən Şəhriyar Əliyev, Julien Ebah və Şəhriyar Rəhimovun hərəyə bir dəfə fərqləndiyi matçda Tural Qürbətov het-trik edib. “Kəpəz” istirahət etmədən bu gün məşqlərə davam edəcək.