- Baxış sayı: 39
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Avropa Liqasının 1-ci təsnifat mərhələsində iyulun 7-də səfərdə Moldova “Daçiya”sı ilə qarşılaşacaq “Kəpəz” Bakı hazırlığını başa vurub. Allsport.az saytı xəbər verir ki, komanda paytaxtda son məşqinə dünən “Qarabağ”ın Suraxanıda yerləşən məşq bazasında çıxıb. “Sarı-göylər”in məşqi təxminən 1 saat 20 dəqiqə sürüb. Hazırlıq prosesində əsasən toplu çalışmalara üstünlük verilib.
“Kəpəz”in Bakıda keçirilən son məşqini klubun Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu və icraçı direktor Mehman Allahverdiyev də izləyib. Klub rəsmiləri məşq zamanı “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov və kapitan Rəşad Sadıqovla da görüşüblər.
Ayaqüstü söhbətdə tərəflər bir-birlərinə qitə miqyaslı turnirlərdə uğurlar arzulayıblar. Görüşdə həmçinin “Kəpəz”ə məşq etmək üçün şərait yaratdıqlarına görə Ağdam təmsilçisinin rəhbərliyinə minnətdarlıq edilib. “Kəpəz” dünən gecə saatlarında Bakını tərk edərək səfərə çıxıb.