- Baxış sayı: 72
- 24 Mart 2026 15:23
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

Avropa Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək “Kəpəz” – “Daçiya” (Moldova) oyunundan bir gün öncə hər iki komandanın açıq məşqi və mətbuat konfransı təşkil olunacaq. Allsport.az saytı xəbər verir ki, iyunun 27-də saat 18:00-da “Dalğa Arena”da “Kəpəz”in mətbuat üçün açıq məşqi keçiriləcək.
Saat 19:00-da isə mətbuat konfransı olacaq. Moldovanın “Daçiya” klubunun mətbuat konfransı isə saat 19:30-a, məşqi saat 20:00-a planlaşdırılıb. Rəqib komandanın məşq prosesinin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq.