- Baxış sayı: 30
- 31 Mart 2026 15:55
- Baxış sayı: 691
- Mart 30, 2026
- 0

Transfer çalışmasında “Kəpəz” daha bir futbolçunu heyətinə qatıb. Allsport.az saytı xəbər verir ki, Gəncə klubu Tural Rzayev ilə 1-illik razılaşıb.
Nizami yurdunda yetişən yarımmüdafiəçi, əvvəlki illərdə də “Kəpəz”də çıxış edib. O bu komandanın heyətində həm premyer liqa, həm də divizionda oynayıb.
Gəncəlilər bunadək Cavid İmamverdiyev, Vüqar Həsənov və İbrahim Qədirzadə ilə anlaşıblar, həmçinin baş məşqçi Yaşar Vahabzadə və futbolçusu Əli Səmədovla müqaviləni uzadıb.
1-ci divizionda yeni mövsüm sentyabrın 13-də başlayacaq.