- Baxış sayı: 41
- 22 Noyabr 2024 20:40
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
“Kəpəz” təlim-məşq toplanışı çərçivəsində iyulun 10-da son yoxlama oyununu keçirib. Allsport.az xəbər verir ki, Gəncə klubu “Dalğa Arena”da 19 yaşlılardan ibarət Azərbaycan yığma komandası ilə qarşılaşıb. Görüş “sarı-göylər”in böyük hesablı qələbəsi ilə yekunlaşıb – 4:1.
Oyunda ilk dəqiq zərbə kapitan Tural Axundovdan gəlib. Bir qədər keçmiş rəqib hesabı bərabərləşdirib.
Fasilədən sonra “Kəpəz” bütün qüvvə ilə irəli atılaraq, ardıcıl qollarla hesabda üstünlüyünü təmin edib. İkinci hissənin ilk qolunu Tural Rzayev vurub. Daha sonra 11 metrlik cərimə zərbəsindən Budaq Nəsirov çərçivəni dəqiq nişan alıb. Matçda son nöqtəni isə gənc hücumçu Ziyabil Məmmədov qoyub. O, künc zərbəsinin davamında başla toru silkələyib.
Xatırladaq ki, bu, “Kəpəz”in Bakı toplanışı çərçivəsində 3-cü qələbəsi olub. Bundan öncə “Kəpəz” “Sumqayıt”ı 1:0, AZAL-ı isə 2:1 hesabı ilə məğlub etmişdi.