- Baxış sayı: 43
- 05 Fevral 2026 19:03
- Baxış sayı: 220
- Fevral 04, 2026
- 0
“Kəpəz” Peşəkar Futbol Klubu heyətinə daha bir futbolçu cəlb edib. Allsport.az xəbər verir ki, Azad Kərimov bu komandanın sıralarına qatdığı növbəti oyunçu olub. Gənc müdafiəçi “Bakı” FK-dan transfer olunub.
Kərimov 21 yaşlı futbolçulardan ibarət milli komandamızın da şərəfini qoruyur. Futbolçu ilə bir illik razılaşma əldə olunub.
“Kəpəz” PFK Azad Kərimovun keçidinə göstərdiyi köməyə görə “Bakı” FK-ya minnətdarlığını bildirib.