- Baxış sayı: 40
- 22 Mart 2026 15:50
- Baxış sayı: 277
- Mart 22, 2026
- 0

“Kəpəz” heyətinə yeni futbolçu qatıb.
Allsport.az xəbər verir ki, Gəncə təmsilçisi Malili yarımmüdafiəçi Mahamadu Ba ilə razılaşıb. 25 yaşlı oyunçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.
Mahamadu Ba karyerası ərzində Türkiyə klublarında forma geyinib. O, “Ərzurumspor”, “Adana Dəmirspor”, “İstanbulspor” və “Tuzlaspor” kimi komandalarda oynayıb. Ba “Ərzurumspor” və “İstanbulspor”un heyətində Türkiyə Super Liqasında çıxış edib.