- Baxış sayı: 23
- 05 Dekabr 2025 11:45
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

“Kəpəz” klubunun idarə heyətinin iclası keçirilib.
Allsport.az xəbər verir ki, görüşdə idarə heyətinin sədri, üzvləri və baş məşqçi Adil Şükürov iştirak ediblər. İclasda komandanın premyer Liqanın ilk üç turunda göstərdiyi nəticələr müzakirə olunub. Klub rəhbərliyi kollektivin hər üç matçda məğlub olmasından narahatlığını ifadə edib və baş məşqçinin qarşısına növbəti üç tur ərzində komandanı toparlamaq və xalların bərpa olunması hədəf olaraq qoyulub.
Bundan əlavə, iclasda bir sıra qərarlar qəbul olunub. Belə ki, Erkin İbrahimov şəxsi vəziyyəti ilə əlaqədar klubun işlərinə tam köklənə bilmədiyini bildirib və idarə heyətinin üzvlüyündən ayrılmaq istədiyini təkrar olaraq açıqlayıb. İdarə heyətinin sədri müraciəti qəbul edib və nəticədə Erkin İbrahimov idarə heyətinin üzvülüyündən çıxarılıb.