- Baxış sayı: 28
- 05 Dekabr 2025 12:55
- Baxış sayı: 148
- Dekabr 04, 2025
- 0

“Kəpəz” PFK ictimai birliyinin idarə heyətində aparılan struktur dəyişiklikləri nəticəsində klubun rəhbərliyində yeniliklər həyata keçirilib. Allsport.az saytı xəbər verir ki, Adil Vəliyev idarə heyətinin yeni sədri təyin olunub.
Fərman Əlizadə, Erkin İbrahimov və Afiq Süleymanov idarə heyətinin üzvləri kimi fəaliyyətlərini davam etdirəcəklər. Adı 2-ci çəkilən şəxsi istəyi ilə müşavirlik vəzifəsindən azad olunmasını xahiş edib və bu qəbul olunub.
Yeni struktur çərçivəsində İlqar Nadiri əməliyyatlar üzrə rəhbər təyin olunub. Eyni zamanda, icraçı direktor və akademiyanın direktoru vəzifələri ləğv edildiyindən Cabir İbrahimovla yollar ayrılıb.
Bundan əlavə, klubun mətbuat katibi Azad Mustafayevlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.