- Baxış sayı: 39
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Avropa Liqasının 1-ci təsnifat mərhələsində Moldovada “Daçiya” ilə cavab görüşü öncəsi “Kəpəz”in açıq məşqi baş tutub. Allsport.az saytı xəbər verir ki, ötən gün Bakı vaxtı ilə saat 19:00-da başlayan məşq Kişinyovdakı “Zimbru” stadionunun ehtiyat meydançasında keçirilib.
Məkanın dəyişməsinə səbəb, daha əvvəl xəbər verdiyimiz kimi, Speya şəhər stadionunun “Kəpəz”in məskunlaşdığı “Aria” otelindən uzaq və yolların bərbad olması idi. Bu üzdən, “Kəpəz”in məşqə gedib-gəlməsi üçün təxminən 3 saat vaxt lazım gələcəkdi.
Məşq nəzərdə tutulduğu vaxtda başlayıb və 50 dəqiqə davam edib. Ümumilikdə 18 futbolçusu əvvəlcə yüngül qaçış və isinmə hərəkətləri edib. Ardınca onlar müxtəlif texniki və taktiki təmrinlər üzərində işləyiblər. Bundan sonra baş məşqçi Şahin Diniyev komandanı hərəsində 8 futbolçu olmaqla, iki “kvadrat”a bölüb. Qapıçılar isə məşqçi Nadir Şükürovun rəhbərliyi altında ayrıca çalışıblar.
Məşqin son hissəsində Renan de Alveş, Şəhriyar Əliyev, Tural Axundov, Şəhriyar Rəhimov, Kərim Diniyev, Vüqar Bəybalayev, Serjinyo, Nicar Qurbanov, Dario Frederiko və Julyen Ebah sabahkı oyun üçün nəzərdə tutulmuş taktiki gedişlər üzərində işləyiblər. Böyük ehtimalla, sabah bu futbolçular əsas heyətdə yer alacaqlar. Çalışmalar futbolçuların cinahlardan asma və uzun ötürmələri ilə başa çatıb.
Məşq zamanı “Milli Dəstə” fan-klubunun rəhbəri Şamil Mustafayevin “Kəpəz”in şəninə azərbaycanca və ingiliscə oxuduğu mahnılar futbolçular, məşqçilər korpusu və məşqi izləyənlər üçün xoş sürpriz olub. Yeri gəlmişkən, “Neftçi”yə Maltada “Baltsan”la Avroliqa oyununda da stadiondan azarkeşlik etmiş Şamil sabah Gəncə komandasını təkbaşına dəstəkləməyəcək.
Onun əməyi sayəsində Moldova Azərbaycanlıları Konqresinin 50-dək üzvünün də oyunda olacağı gözlənilir. Sonda qeyd edək ki, heyətdə zədəli futbolçular yoxdur. Komandada əhval-ruhiyyə yüksəkdir.