- Baxış sayı: 22
- 24 Noyabr 2024 22:41
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
Bu gün “Kəpəz” Peşəkar Futbol Klubunun Müşahidə Şurasının ilk iclası keçirilib. Allsport.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul olunub:
I. AFFA-nın İcraiyyə Komitəsinin qərarına əsasən Müşahidə Şurasının üzvləri aşağıdakı tərkibdə təsdiq olunsun
1. Müzəffər Qasımov – Futbol veteranı
2. Xanlar Fətiyev – Gəncə Avtomobil zavodu İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı
3. Elmir Vəliyev – “Gəncə Avropa Gənclər paytaxtı 2016” İctimai Birliyinin sədri
4. Mikayıl Quluyev – AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi, Əməkdar jurnalist
5. Sərxan Babayev – “DET-AL Alüminium” MMC-nin baş direktoru
6. Namiq Məmmədov – “Gəncə şərab-2” ASC-nin Müşahidə Şurasının sədri
7. Müşfiq Cəfərov – Gəncə şəhər Gənclər və İdman Baş idarəsinin rəisi
II. “Gəncə Avropa Gənclər paytaxtı 2016” İctimai Birliyinin sədri Elmir Vəliyev “Kəpəz” Peşəkar Futbol Klubunun Müşahidə Şurasının sədri seçilsin.
III. AFFA-nın Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev baş məşqçi təsdiq olunsun.
IV. “Kəpəz” Peşəkar Futbol Klubunun prezidenti Mehman Allahverdiyev klubun icraçı direktoru təsdiq olunsun.
V. Yeni strukturun layihəsi hazırlansın.