Kərəm məhkəməyə verildi

“Warner Bros. Discovery” şirkəti “Fənərbağça” və Türkiyə millisinin futbolçusu Kərəm Ağtürkoğlunun qol sevinclərinə görə məhkəməyə müraciət edib.

Allsport.az xəbər verir ki. şirkət futbolçunun qol sevincinin “Harri Potter” filmini təqlid etdiyini iddia edir.

Ağtürkoğlunun əlində sehrli çubuq varmış kimi təsvir etdiyi jest birbaşa “Harri Potter” obrazı ilə əlaqələnir. Şirkət bunu brendin intellektual mülkiyyət hüquqlarının pozulması hesab edir.

Futbolçunun vəkilləri isə müdafiə edərək, bu jestin universal pop-mədəniyyətə aid olduğunu və hər hansı bir kommersiya məhsulunun satışı ilə əlaqəli olmadığını iddia edəcəklər.

Əgər “Warner Bros.” məhkəməni udsa, 27 yaşlı futbolçu qol sevincini dəyişdirmək məcburiyyətində qalacaq.

Həmin kateqoriyadan