- Baxış sayı: 34
- 24 Noyabr 2024 12:59
- Baxış sayı: 32
- Noyabr 25, 2024
- 0
Kikboksinq üzrə kadetlər arasında Bakı birinciliyinin qalibləri müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, müxtəlif klub və cəmiyyətləri təmsil edən 248 idmançı mübarizə aparıb.
Yekun nəticəyə görə, 7-9 yaşlı idmançılar arasında Murad Hüseynov (“Vətən”), Emil Rüstəmli (“Novxanı”), Zamiq Məmmədli (“Bakı”), Kənan Mustafayev (“Qarabağ”), Seyid Mehmanlı (“Əli Fihgt”), Adəm Kərimli (“Xocalı”) fəxri kürsünün ən yüksək pilləsində yer alıblar.
Nizam Quliyev (26 kq, FHN İSM), Uğur Məmmədov (28 kq, “Əli Fihgt”), Rəsul Babazadə (30 kq, “Qarabağ”), Orxan Əhmədov (32 kq, “Kobra”), Nazim Verdiyev (37 kq, “Qarabağ”) və Əli Əmirli (42 kq) 10-12 yaşlı idmançılar arasında 1-ci olublar.