- Baxış sayı: 37
- 28 Noyabr 2024 23:42
- Baxış sayı: 127
- Noyabr 28, 2024
- 0
“Qarabağ”ın yeni transferi Kadi Yuri Borqes Malinovski klubun saytına açıqlama verib. Allsport.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi komandaya uyğunlaşma prosesindən və yeni mövsümün hədəfləri barədə danışıb:
“Futbolçular, məşqçi heyəti, klubun digər əməkdaşları və ofis işçiləri ilk gündən mənə isti yanaşdılar. Böyük ailəyə gəldiyimi hiss edirəm. Bir həftədir ki, məşqlərə başladıq. İlk günlərdəki təəssüratlarıma görə deməliyəm ki, məşqlərimiz çox maraqlı və dinamikdir. Hazırlığa yeni başlamışıq, hər şeydən razıyam. Futbolçular məşqdə çox işgüzar və motivasiyalıdır.
Hazırda əsas fikrimi məşqlərə yönəltmişəm və Bakı şəhərini gəzməyə fürsətim olmayıb. Ümid edirəm ki, burda olduğum müddətdə Bakını kəşf etməyə zamanım olacaq. Burda gördüklərim məni heyrətləndirib. Hündür mərtəbəli binalar, insanların xoş münasibəti diqqətimi çəkib. Hər şey ürəyimcədir və Bakını yaxından tanımağa vaxtım olacaq.
“Qarabağ”a titullar qazanmaq üçün gəlmişəm. Güclü və keyfiyyətli futbolçulardan təşkil olunmuş komandaya gəldiyimi bilirəm. Mən də öz bacarığımla komandanın gücünə güc qatacam. Ürəyi komandamızla döyünən, bizə nəfəs verən azarkeşləri qələbələrimizlə sevindirəcəyimizə inanıram. Yeni mövsümdə əlimdən gələni edəcəm”.