- Baxış sayı: 60
- 05 Mart 2026 16:58
- Baxış sayı: 254
- Mart 05, 2026
- 0

“Kadillak” komandası Mayami qran prisinin keçmiş rəhbəri Tayler Epp ilə müqavilə imzalayıb.
Allsport.az xəbər verir ki, Epp yeni Formula-1 təmsilçisinin kommersiya departamentinin rəhbəri olacaq.
“Biz komandamızın kommersiya bölməsini inkişaf etdirmək üçün daha yaxşı lider və uzaqgörən şəxs tapa bilməzdik. Onun Formula-1 təqvimində imza hadisələrindən biri kimi Mayami Qran Prisinin təsis edilməsində göstərdiyi iş onun həm ölkə daxilində, həm də qlobal miqyasda idmana dair unikal biliyini nümayiş etdirir”, – “Kadillak”ın mətbuat xidməti bildirib.