- Baxış sayı: 166
- 04 Dekabr 2025 23:43
- Baxış sayı: 104
- Dekabr 05, 2025
- 0

Rusiyalı promouter Kamil Hacıyev, Vladimir Mineyev və Məhəmməd İsmayılov arasında görüşə bilet satışından nə qədər pul qazanmağı planlaşdırdığını açıqlayıb. Allsport.az saytı xəbər verir ki, tərəflər iyulun 20-də Moskvada “Live arena”da boks qaydalarına uyğun döyüşəcəklər.
Sitat: “Çox məmnunam. Satışlar misilsizdir. Artıq 12-13 milyon rubl yığılıb. 25 olacaq. Normaldır. Biz yaxşı gedirik”.
Tərəflər MMA qaydalarına əsasən, 2 dəfə qarşılaşıblar: 1 döyüş heç-heçə, digəri isə Mineyevin nokautla qələbəsi ilə başa çatıb.