- Baxış sayı: 20
- 05 Dekabr 2025 14:55
- Baxış sayı: 51
- Dekabr 05, 2025
- 0

“Barselona” uzunmüddətli yenidənqurma işlərindən sonra ilk dəfə olaraq tarixi “Kamp Nou” stadionunda məşq keçirib.
Allsport.az xəbər verir ki, məşqə azarkeşlər də buraxılıb, lakin onların sayı yalnız 23 min nəfərlə məhdudlaşdırılıb.
“Barselona” stadionunun yenidən qurulmasına 2023-cü ilin iyun ayında başlanılıb. İşlər tamamlandıqdan sonra “Kamp Nou”nun tamaşaçı tutumu 99 mindən 105 minə qədər artırılacaq. Stadionun açılış tarixi dəfələrlə təxirə salınıb.
Hazırda “Barsa” İspaniya çempionatının turnir cədvəlində 11 oyundan 25 xal toplayaraq ikinci pillədə qərarlaşıb.