Kannavaro milli komandada?

Özbəkistan futbol federasiyası Fabio Kannavaro ilə əlaqə saxlayıb və onun milli komandaya baş məşqçi təyin olunması ilə bağlı danışıqlar aparıb.

Allsport.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.

Özbəkistan millisi ilk dəfə 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatında çıxış edəcək.

Kannavaronun 52 yaşı var. O, məşqçilik karyerası ərzində İtaliyanın “Udineze” və “Benevento”, Səudiyyə Ərəbistanının “Əl-Nəsr”, Çinin “Quançjou” və “Tyanjin” klublarında, son olaraq isə Zaqreb “Dinamo”sunda çalışıb.

Həmin kateqoriyadan