- Baxış sayı: 57
- 19 Noyabr 2024 18:36
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Yaponiyanın Saitama şəhərində fiqurlu konkisürmə üzrə dünya çempionatında qadınların təkbaşına yarışları başa çatıb.
Allsport.az xəbər verir ki, iki proqramın nəticələrinə görə, ümumilikdə 224,61 xal toplayan yaponiyalı fiqurlu konkisürən Kaori Sakamoto qalib olub.
Beləliklə, Sakamoto titulunu qoruyub və ikiqat dünya çempionu olub. İkinci yeri Cənubi koreyalı fiqurlu konkisürən Li Ha İn (220,94) tutub. İlk üçlüyü belçikalı idmançı Luna Hendriks (210,42) yerləşib.