- Baxış sayı: 27
- 31 Mart 2026 17:12
- Baxış sayı: 707
- Mart 30, 2026
- 0

“Qəbələ” yarımmüdafiəçi Cavid Hüseynovla yolunu ayırıb. Allsport.az saytı xəbər verir ki, 31 yaşlı futbolçu “qırmızı-qaralar”da 2014/15 mövsümündə debüt edib. Ümumilikdə, 117 oyunda 20 qol vurub.
O, Avropa liqasının 11 görüşündə 3 dəfə fərqlənib. Orta sahə oyunçusu 3 dəfə premyer liqanın mükafatını qazanıb. 2018/19 mövsümündə Azərbaycan kubokunu başı üzərinə qaldırıb.