Kapitan “Qarabağ”da 200-cü oyununu keçirib

Premyer liqanın 5-ci turu “Qarabağ”ın futbolçusu Rəşad Sadıqov üçün əlamətdar olub. Allsport.az saytı xəbər verir ki, 37 yaşlı müdafiəçi Ağdam klubunun heyətində 200-cü oyununa çıxıb. Bu, onun mövsümdə ilk qarşılaşması olub.

Karyerası ərzində “Turan” və “Neftçi”də də oynamış Rəşad 2009/10 mövsümündən “Qarabağ”da çıxış edir. Bu müddətdə 8 qola sevinən kapitan “köhlən atlılar”ın tarixinə 200 və daha çox matç keçirən 10-cu futbolçu kimi düşüb.

Rəşad bir müddət öncə “Qarabağ”da ümumilikdə bütün turnirlər nəzərə alınmaqla 300-cü matçını keçirib. Bu, çempionlar liqasının “Partizani” ilə Tiranadakı görüşünə təsadüf edib.

Həmin kateqoriyadan