- Baxış sayı: 73
- 01 Fevral 2026 11:20
- Baxış sayı: 120
- Fevral 04, 2026
- 0

Bakı şəhər gənclər və idman baş idarəsi və Azərbaycan kapoeyra federasiyasının birgə təşkilatçılığı ilə texniki universitetin idman sarayında açıq paytaxt kuboku keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışda 100-dən çox idmançı mübarizə aparıb.
Yekun nəticələrə görə, oğlanlar arasında Əbəlfəz Eybala (4-6 yaş), Eldar Seyidli, Dəniz Əmir Məhəmməd, Fikrət Dadaşov (7-9 yaş), Səid Şahyarov, Nihad Baxışlı (10-12 yaş), Əli Tağızadə (13-15 yaş), Ayxan Hacıyev (+16 yaş) qızıl medal qazanıblar.
Qızların mübarizəsində isə Dəniz Osmanlı (7-9 yaş), Mehriban Hacıbabayeva (10-12 yaş), Leyla Rəhimli (+16yaş) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
İlk 3 yeri tutan idmançılara baş idarə tərəfindən müvafiq dərəcəli diplom və medallar təqdim edilib.