- Baxış sayı: 144
- 18 Mart 2026 20:45
- Baxış sayı: 181
- Mart 19, 2026
- 0
Tokio 2020-nin Təşkilat Komitəsinin karatenin 5 il sonrakı Olimpiya oyunlarının yarış proqramına əlavə idman növü kimi daxil edilməsi təklifi, Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən müsbət cavablandırılıb. Allsport.az xəbər verir ki, Tokio Olimpiadasının kumite yarışlarında kişilər və qadınlar 3 çəki dərəcəsində mübarizə aparacaq.
Kata çıxışlarında isə kişi və qadınlardan 1 idmançı tatamiyə çıxacaq. Təsnifat yarışlarının qaydaları qarşıdakı dövrdə həll dəqiqləşdiriləcək. Bu tarixi qərar münasibəti ilə Dünya Karate Federasiyasının (WKF) prezidenti Antonio Espinos federasiyalara, o cülədən Azərbaycan Milli Karate Federasiyasına təbrik məktubu göndərib.
Xatırladaq ki, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax Bakıda Avropa Oyunlarının karate yarışlarında olarkən, bu döyüş idman növünün perspektivlərinə inandığını bildirmişdi.