Karate yığmamızdan 2 qızıl, 1 gümüş və 2 bürünc mükafat

Azərbaycan karateçiləri də Bakı-2017-də möhtəşəm çıxış ediblər. Allsport.az saytı xəbər verir ki, kişilərin kumitesində Rəfael Ağayev (75 kq) finalda Pakistan təmsilçisi Qulam Abbası 4:0 hesabı ilə məğlub edərək çempion olub.

O, 5-qat dünya, 10-qat Avropa çempionudur. Kimono ustası 2015-ci ildə Bakıda keçirilən ilk Avropa oyunlarının qızıl medalçısıdır. İdmçançımız həmçinin, dünya oyunlarının birincisi, eləcə də primer liqaların (WKF) 5-qat qalibi olub. Bu, Rəfael Ağayevin İslam həmrəyliyi oyunlarında ikinci “qızıl”ıdır.

Bu çəkidə qaliblərə medalları dövlət başçısı İlham Əliyev təqdim edib. Digər qızıl medalı millimizə Fəridə Abiyeva (61 kq) qazandırıb. İlahə Qasımova (55 kq) 2-ci, Nuranə Əliyeva (50 kq) və Firdovsi Fərzəliyev (60 kq) 3-cü yer tutublar.

Həmin kateqoriyadan