Karlsenin rekordunu bu türk oğlan vuracaq

Türkiyə şahmatçısı Yağız Kaan Ərdoğmuş FİDE-nin klassik şahmat üzrə reytinq cədvəlində ilk 50-liyə daxil olaraq yeni yaş rekordu müəyyənləşdirəcək.

Allsport.az xəbər verir ki, hazırda 14 yaş 6 aylıq olan Ərdoğmuş, dekabrın 10-da fransalı qrossmeyster Maksim Vaşye-Laqrav üzərində qələbə qazanaraq FİDE-nin canlı reytinqində 47-ci pilləyə yüksəlib.

Türkiyəli şahmatçıdan əvvəl, tarixdə ilk 50-likdə yer alan ən gənc oyunçu norveçli beşqat dünya çempionu Maqnus Karlsen olub. Karlsen bu nailiyyətə 15 yaş 7 aylığında imza atmışdı.

FİDE reytinqi 2026-cı il yanvarın 1-də yenilənəcək və beləliklə, Yağız Kaan Ərdoğmuş Maqnus Karlsenin əvvəlki rekordunu düz bir il fərqlə yeniləmiş olacaq.

Həmin kateqoriyadan