- Baxış sayı: 39
- 22 Mart 2026 15:50
- Baxış sayı: 258
- Mart 22, 2026
- 0

“Karvan” nigeriyalı hücumameyilli yarımmüdafiəçi Qavi Tompsonla 1 illik müqavilə imzalayıb.
Allsport.az xəbər verir ki, 25 yaşlı futbolçu son olaraq ölkəsinin “Sportinq Lagos” klubunda forma geyinib. Qavi Nigeriyanın U-17 və U-20 millilərinin şərəfini qoruyub. Karyerası ərzində 139 oyun keçirib, 12 qol və 14 məhsuldar ötürmə etməyə müəssər olub.